Xəbərlər

HƏMAS Livandakı qərargah rəhbərinin öldüyünü açıqlayıb

HƏMAS hərəkatının Livandakı qərargahının rəhbəri Fəth Şərif Əbu əl-Əmin İsrailin endirdiyi zərblər nəticəsində həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Hücumun səhər tezdən Tir şəhəri yaxınlığındakı fələstinli qaçqınların yerləşdiyi El-Bass düşərgəsində yerləşən Əbu əl-Əminin evinə edildiyi bildirilib.

Hücum zamanı Əbu əl-Əminin bütün ailə üzvüləri də həlak olub.