Xəbərlər

HƏMAS Qəzza razılaşmasında dəyişiklik etməyə çalışıb

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağındakı vəziyyəti həll etmək üçün ABŞ prezidenti Co Bayden tərəfindən dəstəklənən razılaşma planına 29 dəyişiklik istəyib, İsrailin Baş naziri Benyamin Netanyahu isə təkliflərin hamısından imtina edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail hökuməti başçısının müşaviri Dmitri Gendelman bildirib.

O əlavə edib ki, İsrail Bayden tərəfindən dəstəklənən plandan bir millimetr də irəli getməyib. Xüsusilə, İsrail tərəfi heç bir şərt əlavə etməyib.