Xəbərlər

HƏMAS: Qəzzada tam atəşkəs olmayana qədər İsraillə danışıqlar aparılmayacaq

“HƏMAS hərəkatı və Qəzza sektorundakı digər qruplaşmalar tam atəşkəsə qədər əsirlərin azad edilməsi üçün İsraillə danışıqlar aparmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS məlumat yayıb.

“Milli səviyyədə bir qərar var. Buna əsasən, İsrailin təcavüzü tamamilə dayandırılmayınca məhbuslarla bağlı müzakirələr və ya onları mübadilə etmək üçün anlaşmalar olmayacaq”, – məlumatda qeyd edilib.