Xəbərlər

HƏMAS Siyasi Bürosunun rəhbəri öldürülüb

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu Haniyənin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra Tehranda qaldığı iqamətgahına İsrailin hücum etməsi nəticəsində baş verib.