HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrail ərazisinə hücumunun ildönümündə Təl-Əvivə raket hücumu təşkil etdiyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, müvafiq bəyanat təşkilatın rəsmi “Telegram” kanalında dərc olunub.
“Davam edən müharibənin bir hissəsi olaraq və dinc əhaliyə qarşı düşmən cinayətlərinə cavab olaraq, İzzəddin əl-Qəssam Briqadasının döyüşçüləri Təl-Əvivə raket zərbələri endiriblər”, – məlumatda qeyd edilib.
Mərmilərin hədəfləri vurub-vurmadığı barədə məlumat verilmir.