Xəbərlər

HƏMAS təşkilatın lideri Yəhya Sinvarın ölümünü təsdiqlədi

Fələstinin HƏMAS hərəkatı təşkilatın lideri Yəhya Sinvarın ölümünü təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, müvafiq bəyanatla radikal təşkilatın Siyasi Bürosunun üzvü Xəlil əl-Heya çıxış edib.

O, hərəkatın lideri Yəhya Sinvarın öldürülməsini təsdiqləyib və onun ölümünün hərəkatı yalnız gücləndirəcəyini bildirib. Əl-Heya əlavə edib ki, keçmiş liderlərinin qoyduğu yolla getməyə davam edəcəklər.