HƏMAS hərəkatı İranda Siyasi Büro rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra dərhal başsağlığı verdiyi və böyük bir heyətlə dəfn mərasimində iştirak etdiyinə görə Türkiyəyə təşəkkür edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS özünün sosial media hesablarından məlumat yayıb.
“Bu çətin zamanda bizə yardım göstərən, başsalığı verən, cənazə mərasimində rəsmi səviyyədə iştirak edən Türkiyəyə təşəkkür etmək istəyirik”, – məlumatda qeyd olunub.