“Vaşinqton Administrasiyası Panama kanalının fəaliyyətinə Çin Xalq Respublikasının (ÇXR) və Çin şirkətlərinin nəzarətinin azaldılmasına nail olmaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib.
“Biz birlikdə Panama kanalını Çinin təsirindən geri alacağıq. Bunu həmfikir müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə edəcəyik. Çinli şirkətlər Kanal Zonasında kritik infrastruktura nəzarət etməyə davam edərək, Çinə Panamada baş verənləri izləmək imkanı verir. Vaşinqton administrasiyası üçün bu, qəbuledilməzdir. Panama kanalının təhlükəsizliyi ABŞ və Panama maraqları baxımından əsas məsələ olaraq qalır. Bu gün Panama kanalı təhdidlərlə üz-üzədir. Birləşmiş Ştatlar Çin və ya hər hansı digər ölkənin kanalın fəaliyyətini və bütövlüyünü təhdid etməsinə icazə verməyəcək”, – o əlavə edib.