Xəbərlər

Heqset: Dünya Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlıdır

“Bütün dünya, o cümlədən ABŞ Ukraynadakı münaqişənin danışıqlar yolu ilə nizamlanmasında maraqlıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

“Bütün dünya və Birləşmiş Ştatlar prezident Trampın dediyi kimi, sülhün bərqərar edilməsində, danışıqlar yolu ilə əldə edilən sülhdə, qan tökülməsinə son qoyulmasında maraqlıdır və bu, hər iki tərəfdən etiraf etmək istəmədikləri şeyi qəbul etməyi tələb edəcək”, – o deyib.