Xəbərlər

Həyati Tək MİMTA Fondunun qonağı olub

Tanınmış türk jurnalist, tarixçi yazar Həyati Tək Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun qonağı olub.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov və Fondun əməkdaşları qonaqla görüş keçirib.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb. Eyni zamanda, Azərbaycan mətbuatının tarixinə toxunulub. Qonağın kitabları barədə geniş söhbət edilib. Həmçinin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı barədə Azərbaycanda çəkilən filmlə bağlı fikir mübadiləsi aparılıb, sözügedən filmin çəkilişləri barədə qonağın fikirləri dinlənilib.

Bundan başqa, MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən bəhs edilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.

Öz növbəsində Həyati Tək MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT TV”yə uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.

Qeyd edək ki, Həyati Təkin MİMTA Yayımlarında iki kitabı – “Qardaş köməyi” və “Tağıyev: Əsilzadənin fövqündə” kitabları nəşr olunub.