“Hindistan 2025-ci ildə Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) sammitinə ev sahibliyi edəcək və Hind-Sakit okean regionunda sabitlik üçün birlikdə çalışacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın Baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra deyib.
“Hindistan–ABŞ tərəfdaşlığı demokratiyanı və demokratik dəyərləri gücləndirir. Biz Hind-Sakit okean regionunda sülh, sabitlik və rifahı qorumaq üçün birlikdə çalışacağıq. Xüsusilə QUAD bu işdə mühüm rol oynayacaq. Bu dəfə Hindistan dördlü sammitə ev sahibliyi edəcək və bu sammit zamanı biz tərəfdaş ölkələrlə yeni sahələrdə əməkdaşlığımızı genişləndirəcəyik”, – Modi qeyd edib.