Xəbərlər

Hindistan ABŞ-dan sualtı qayıq əleyhinə sistemlər alacaq

ABŞ Müdafiə Nazirliyi Hindistanın Hərbi Dəniz Qüvvələrinə 52,8 milyon dollar dəyərində sualtı qayıqları aşkar etmək üçün sonar anti-sualtı şamandıra (HAASW) partiyası verəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “ANI” xəbər agenetliyi məlumat yayıb.

“Bu satış ABŞ-ın xarici siyasətini və təhlükəsizlik məqsədlərini dəstəkləyəcək, Birləşmiş Ştatlarla Hindistan arasında strateji əlaqələri gücləndirərək, ölkənin təhlükəsizliyini təmin etməyə kömək edəcək”, – məlumatda qeyd olunub.