Hindistan ABŞ-la oktyabrın 31-dək “MQ-9B” pilotsuz uçuş aparatlarının (PUA) alınması ilə bağlı müqavilə imzalayacağını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Hindustan Times” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, Hindistan ABŞ-dan aldığı “MQ-9B”-ləri ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə təhvil verməyi, dronları Çin və Pakistan sərhədləri yaxınlığında yerləşən bazalarda yerləşdirməyi planlaşdırıb.
Bundan əlavə, 31 pilotsuz vasitədən 16-sı Hindistan Hərbi Dəniz Qüvvələrinə Hind-Sakit okean regionunda dəniz təhlükəsizliyini təmin etməyə kömək edəcək.