Xəbərlər

Hindistan Baş nazirinin müşaviri Rusiyaya səfər edəcək

Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval Ukraynada nizamlanmanı müzakirə etmək üçün gələn həftə Rusiyaya səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “India Today” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Səfər zamanı Doval BRİCS dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrinin sentyabrın 10-12-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcək. O, həmçinin Rusiya rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək və bu görüşlərdə iyulda Moskvada Rusiya-Hindistan sammitində qaldırılan mövzuları müzakirə etməyə davam edəcək. Məlumatda bildirir ki, Doval Çin nümayəndələri ilə də görüşəcək.