Xəbərlər

Hindistan: BMT Təhlükəsizlik Şurasında islahatlar yavaş templə irəliləyir

“BMT Təhlükəsizlik Şurasının strukturu köhnəlib və müasir dünya reallıqlarına uyğun gəlmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın BMT-dəki daimi nümayəndəsi Parvataneni Hariş deyib.

“BMT Təhlükəsizlik Şurasının strukturu hazırkı formada 1945-ci ili əks etdirir. Bu, müasir dünya reallıqlarına uyğun gəlmir və bu qurumun aktual problemləri effektiv həll etməsinə mane olur. BMT Təhlükəsizlik Şurasında 15-16 il əvvəl başlayan islahatlar prosesi ləng gedir və potensial rəqib dövlətlərin Şuraya daxil olmasından ehtiyat edən bir sıra ölkələrin müqaviməti ilə üzləşir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri öz statuslarından və veto hüququndan imtina etmək istəmirlər. Qonşu dövlətlərin BMT Təhlükəsizlik Şurasına üzv olmaq şansı olduğuna inananlar nəyin bahasına olursa-olsun daimi üzvlərin sayının artırılmasına qarşı çıxacaqlar”, – nümayəndə vurğulayıb.