Hindistan son illərdə Fələstinə 120 milyon dollar məbləğində yardım edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistanın BMT-dəki daimi nümayəndəsinin müavini R.Ravindra bildirib.
“Hindistan 2018-ci ildən bəri UNRWA-ya (Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) illik 5 milyon dollar töhfə verib. Biz təşkilata bu il artıq 2,5 milyon dollar məbləğində ödəniş etmişik. Bu, UNRWA-ya illik töhfəmizin ilk yarısıdır və bu həftənin əvvəlində həyata keçirilib”, – Ravindra qeyd edib.