Hindistan mayın 23-dək hava məkanını Pakistana məxsus və ya Pakistan tərəfindən həyata keçirilən bütün uçuşlar üçün bağladığını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistanın aidiyyəti rəsmi qurumları Pakistan mülki və hərbi təyyarələrinin Hindistan hava məkanından istifadəsini qadağan edən aviasiya bildirişi (NOTAM) yayıb.
Verilən məlumata görə, məhdudiyyət Pakistan tərəfindən istismar edilən və ya icarəyə götürülən bütün təyyarələri əhatə edir və mayın 23-dək qüvvədə olacaq.
Qeyd edək ki, Pakistan tərəfi də aprelin 24-də hava məkanını Hindistana məxsus və ya Hindistan tərəfindən həyata keçirilən bütün uçuşlar üçün bağladığını açıqlayıb.