Hindistan hakimiyyəti İran və İsrail arasında baş verənlərdən narahatlığını bildirib, tərəfləri gərginlikdən qaçmağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz İran və İsrail arasında baş verən son hadisələrdən narahatıq. Vəziyyəti, o cümlədən nüvə obyektlərinə hücumlar barədə xəbərləri diqqətlə izləyirik. Hindistan hər iki tərəfi hər hansı pozucu addımlardan çəkinməyə çağırır. Vəziyyəti sabitləşdirmək və əsas problemləri həll etmək üçün mövcud dialoq və diplomatiya kanallarından istifadə edilməlidir. Hindistan hər iki ölkə ilə yaxın dostluq münasibətlərini saxlayır və onlara hər cür dəstəyi göstərməyə hazırdır”, – nazirlikdən bildirilib.