Xəbərlər

Hindistan Kambocada fırıldaqçılığa məcbur edilən 250 vətəndaşını xilas edib

Hindistan Kambocada virtual fırıldaqçılıq etməyə məcbur edilən 250 vətəndaşını xilas etdiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, Kambocaya iş vədi ilə gedən Hindistan vətəndaşları qeyri-qanuni virtual işlərdə işləmək məcburiyyətində qalıb.

Hindistanın Pnom Penhdəki səfirliyi keçən həftə 130 Hindistan vətəndaşının Kambocada öz iradəsinə zidd olaraq saxlandığına dair şikayətlər alıb.

Sözügedən şikayətdən sonra Hindistan Xarici İşlər Nazirliyi Kambocada virtual fırıldaqçılıqla məşğul olmaq məcburiyyətində qalan 250 vətəndaşı xilas etdiyini açıqlayıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2023-cü ildə dərc etdiyi hesabata görə, Myanmada 120 min, Kambocada isə 100 min insan virtual fırıldaqçılıq fəaliyyətlərində işləmək məcburiyyətindədir.