Xəbərlər

Hindistan öz nüvə hücum sualtı qayığını inşa edəcək

“Hindistan istehsalı olan ilk nüvə hücum sualtı qayığı 2036-cı ilə qədər hazır olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Dineş Tripathi deyib.

“İndi yerli istehsal olan ilk nüvə hücumu üçün nəzərdə tutulan sualtı qayıq 2036-cı ilə qədər, ikincisi isə yaxın iki il ərzində təhvil veriləcək. Bu sualtı qayıqlar Hərbi Dəniz Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və milli maraqların qorunmasında öz gücünü nümayiş etdirəcək. Hindistanın sualtı donanması Çin və Pakistanın Hind okeanı regionunda artan dəniz fəaliyyətlərinə qarşı çəkic kimi xidmət edir”, – “India Today TV” admiralın sözlərindən sitat gətirib.