Xəbərlər

Hindistan-Pakistan sərhədində beş gündür atışma baş verir

Yeni Dehli ilə İslamabad arasında gərginlik fonunda Hindistan və Pakistan arasında Nəzarət Xəttindəki sərhəd bölgəsində atəşkəs ardıcıl beşinci gecədir ki pozulub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan ordusunun bəyanatında qeyd olunub.

“Aprelin 28-dən 29-na keçən gecə Pakistan ordusu Kupvara və Baramulla rayonları ilə üzbəüz yerləşən ərazilərdə Nəzarət Xətti boyunca səbəbsiz şəkildə kiçik silahlardan atəş açıb. Hindistan ordusu qarşı tərəfə əks cavab verib”, – məlumatda bildirilib.

Ölən və yaralananlar barədə hələ ki, məlumat verilməyib.