Xəbərlər

Hindistan “Qaurav” bombasının ilk uçuş sınağını həyata keçirib

Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) “Qaurav” uzun mənzilli sürüşmə bombasının ilk uçuş sınağını uğurla həyata keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

“DRDO Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKI təyyarəsindən atılan Uzuqmənzilli Sürüşmə Bombası (LRGB) “Qaurav”ın ilk uçuş sınağını uğurla həyata keçirib. Sınaq Odişa sahillərində aparılıb”, – məlumatda bildirilib.

Məlumata görə, bomba Uiler adasındakı hədəfi zərgər dəqiqliyi ilə vurub. Söhbət min kiloqram ağırlığında hava bombasından gedir. Sıfırlandıqdan sonra o, inertial naviqasiya sistemi və GPS məlumatlarının birləşməsinə əsaslanan yüksək dəqiqlikli hibrid naviqasiya sxemindən istifadə edərək hədəfə istiqamətləndirilir.