Hindistan İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında Nasser xəstəxanasına endirdiyi zərbələr nəticəsində jurnalistlərin öldürülməsini pisləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval bildirib.
“Jurnalistlərin öldürülməsi sarsıdıcı və dərin təəssüf doğurur. Hindistan münaqişələrdə mülki insanların itkisini həmişə pisləyib. Bildiyimizə görə, İsrail hakimiyyəti artıq araşdırmalara başlayıb”, – o, açıqlamasında bildirib.



