“Hindistan Suriyadakı vəziyyəti izləyir və bütün tərəflərin onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün çalışmasını zəruri hesab edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Asiya Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“Biz Suriyada baş verən hadisələri nəzərə alaraq, bütün tərəflərin Suriyanın birliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün çalışmasının vacibliyini vurğulayırıq. Biz Suriyada Suriya cəmiyyətinin bütün təbəqələrinin maraqlarına və istəklərinə hörmət edən dinc və əhatəli siyasi prosesin tərəfdarıyıq”, – bəyanatda qeyd olunub.