“Ukraynada münaqişənin həlli ilə bağlı yeni sammiti müzakirə etmək hələ tezdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Hindistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərinin birinci müavini Vikram Misri Hindistanın Baş naziri Narendra Modi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Nyu-Yorkda keçirilən görüşə münasibət bildirərkən deyib.
“Düşünürəm ki, biz indi ikinci sülh sammitinin təfərrüatlı müzakirə oluna biləcəyi mərhələdə deyilik. Mənim fikrimcə, buna qədər hələ görüləcək çox iş var, bu barədə çox müzakirə aparılmayıb”, – Misri bildirib.