Hindistan Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həllinə tam töhfə verməyə hazırdır.
“Füyuzat”ın məlumatına görə, bunu Cənubi Asiya respublikasının Baş naziri Narendra Modi Almaniya kansleri Olaf Şoltsun Hindistana səfəri çərçivəsində Nyu-Dehlidə keçirilən Hindistan-Almaniya hökumətlərarası məsləhətləşmələrin yekunlarına əsasən deyib.
“Ukraynada və Qərbi Asiyada davam edən münaqişələr hər ikimizi narahat edir. Hindistan həmişə problemlərin müharibə yolu ilə həll edilə bilməyəcəyinə inanıb və Hindistan sülhün bərpasına hər cür töhfə verməyə hazırdır”, – Modi deyib.