Hindistan və ABŞ Pakistanla həmsərhəd olan Racastan əyalətində iki həftəlik birgə hərbi təlimlərə başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Asiya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Birgə manevrlərin məqsədi terrorla mübarizə əməliyyatları keçirmək üçün hər iki tərəfin birgə hərbi potensialını gücləndirməkdir”, – məlumatda bildirilib.
Qeyd edilib ki, təlimlərə hər tərəfdən 600-ə yaxın hərbçi cəlb edilib.