Hindistanın Baş naziri Narendra Modi və İtaliyanın Baş naziri Ciorcia Meloni G20 sammiti çərçivəsində 2 ölkə arasında iqtisadiyyat, investisiya və müdafiə sahələrini əhatə edən əlaqələrin inkişafı üçün 2029-cu ilə qədər birgə fəaliyyət planı qəbul ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Tərəflər Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi çərçivəsində dəniz və quru infrastrukturu sahəsində əməkdaşlığı gücləndirəcək. Yeni Dehli və Roma ikitərəfli ticarəti bazara çıxış, sərmayələr, xüsusən də nəqliyyat, kənd təsərrüfatı məhsulları və maşınqayırma, kimya, əczaçılıq, inkişaf etməkdə olan texnologiyalar, qida emalı, yaşıl texnologiyalar kimi yüksək potensiallı sektorlarda genişləndirmək barədə razılığa gəliblər. Onlar qəbul olunmuş tədbirlər planında göstərildiyi kimi, birgə istehsal və birgə müəssisələrin yaradılması yolu ilə bu istiqamətdə işləmək niyyətindədirlər”, – məlumatda qeyd edilib.