Hindistanın müdafiə naziri Racnat Sinx Madya Pradeş və Maldiv Respublikasının müdafi naziri Qassan Maumoon dəniz təhlükəsizliyinin gücləndirilməsinə və məlumat mübadiləsinə xüsusi diqqət yetirməklə ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Danışıqlar zamanı hər iki tərəf Hindistan və Maldiv adaları arasında hərtərəfli iqtisadi və dəniz təhlükəsizliyi tərəfdaşlığının ortaq vizyonunu həyata keçirmək üçün sıx əməkdaşlıq etmək öhdəliyini bir daha təsdiq etdi”, – məlumatda bildirilib.