Xəbərlər

Hindistan XİN: ABŞ istənilən liderin dövründə təcrid siyasəti seçə bilər

“ABŞ bu ölkənin yeni prezidentinin kim olmasından asılı olmayaraq təcrid siyasəti seçə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Avstraliyaya səfəri zamanı deyib.

“Keçmiş ABŞ Prezidenti Barak Obamadan başlayaraq, ABŞ qlobal öhdəlikləri ilə bağlı daha ehtiyatlı davranmağa başlayıb. ABŞ-a hazırkı administrasiyanın ideologiyasına əsaslanmaqdansa, məsələlərə daha çox milli nöqteyi-nəzərdən baxmaq vacibdir. Əgər biz onları həqiqətən təhlil etsək, düşünürəm ki, ABŞ-ın hökmranlıq və böyüklüyünün sona çata biləcəyi bir dünyaya hazırlaşmalıyıq”, – Caişankar bildirib.