Xəbərlər

Hindistan XİN: BRİCS-in de-dollarizasiya ilə bağlı vahid mövqeyi yoxdur

“BRİCS ölkələrinin qlobal iqtisadiyyatda dolların dominant rolu ilə bağlı müxtəlif baxışları var”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar London tədqiqat mərkəzində çıxışı zamanı deyib.

“Düşünmürəm ki, ehtiyat valyuta kimi beynəlxalq iqtisadi sabitliyin mənbəyi olan dolları əvəz etmək üçün bizim tərəfimizdən hər hansı bir siyasət var. Dünyada iqtisadi sabitlik görmək istəyirik. BRİCS üzvlərinin bu məsələdə çox fərqli mövqeləri var. Dollara qarşı vahid mövqenin olması ilə bağlı fərziyyələr BRİCS-ə əsaslanan fakt deyil”, – o qeyd edib.