Xəbərlər

Hindistan XİN: Dünyada yeni gərgin mühit formalaşıb

Hazırda dünya mükəmməl fırtına kimi təsvir edilə bilən hadisəni yaşayır.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Yeni Dehlidə keçirilən sənaye konfransında deyib.

“Bu gün üzləşdiyimiz reallıq nədir? Ukraynadakı münaqişə artıq üçüncü ildir ki davam edir. Yaxın Şərqdə onun hüdudlarından kənara da yayıla biləcək kütləvi zorakılıqlar var. Müharibə, sanksiyalar, pilotsuz təyyarələrin hücumları və iqlim dəyişikliyi səbəbiylə logistika kəsilməsi halları yaşanır. Dünya yanacaq, qida və gübrə təchizatında üç illik böhran yaşayır”, – Subrahmanyam bildirib.

Onun sözlərinə görə, sazişlər pozulduğundan və qanunun aliliyinə riayət olunmadığından Asiyada quruda və dənizdə yeni gərginliklər var.

Xarici işlər naziri qeyd edib ki, bu şəraitdə Hindistanın vəzifəsi böhranların nəticələrini yumşaltmaq və mümkün qədər dünyada sabitliyə töhfə verməkdir.