Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bu həftə Moskvaya gözlənilən səfəri zamanı Rusiya ilə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Səfərin məqsədi Hindistan və Rusiya arasında uzunmüddətli strateji tərəfdaşlığı daha da gücləndirməkdir”, – məlumatda bildirilib.



