Hindistan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatlarına görə bu ölkənin səfirini çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Hindistan XİN Zelenskinin Baş nazir Narendra Modinin Rusiyaya səfəri ilə bağlı bəyanatlarından narahatlığını və narazılığını bildirib.
Bundan əvvəl, Zelenski Hindistan hökumətinin başçısının Rusiya Prezidenti Vladimir Putinlə görüşünü Ukraynada sülh səylərinə sarsıdıcı zərbə adlandırıb.