Xəbərlər

Hindistan xüsusi kiber təyinatlılar yaratmaq niyyətindədir

“Növbəti beş il ərzində Hindistan hökuməti kibercinayətkarlarla mübarizə aparmaq üçün xüsusi kiber qüvvələr hazırlamağı planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın daxili işlər naziri Amit Şah Kibercinayətkarlıqla Mübarizə Koordinasiya Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Kibertəhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir. Biz kibertəhlükəsizliyi təmin etməliyik, çünki bunsuz ölkənin tərəqqisi mümkün deyil”, – nazir bldirib.