Xəbərlər

Hindistanda 130 nəfərlik sərnişin təyyarəsi qəzaya uğrayıb

Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin (Qucarat əyaləti) hava limanı yaxınlığında 130 nəfərlik sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NDTV” məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarə yaşayış massivinə düşüb.

Hazırda ərazidə bütün yollar bağlanıb.

Verilən məlumata görə, “Air İndia” şirkətinə məxsus olan sərnişin təyyarəsi Böyük Britaniyaya uçurmuş.