Xəbərlər

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb

Hindistanın Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 78-ə çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Nyu-Dehlidə yerləşən NDTV telekanalı məlumat yayıb.

Himaçal-Pradeş ştatının şimalı iyunun 20-dən bəri musson yağışlarının təsiri altındadır. Ştatda güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 78-ə, yaralıların sayı isə 121-ə yüksəlib. 243 yolun bağlandığı əyalətin müxtəlif bölgələrində 37 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Hindistan Meteorologiya Departamenti (IMD) Himaçal Pradeş üçün xəbərdarlıq edib və güclü yağışların iyulun 9-dək davam edəcəyini bildirib. İyun-sentyabr aylarında Cənubi Asiyada təsirli olan musson yağışları, xüsusilə Hindistanda hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.