Xəbərlər

Hindistanda dini ritual zamanı 123 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatında keçirilən ritual zamanı yaranan izdiham nəticəsində 123 nəfər həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə NDTV kanalı xəbər yayıb.

Uttar Pradeş Baş nazirinin müavini Brajeş Pathak açıqlamasında bildirib ki, hadisə nəticəsində 23 nəfər yaralanıb, onların müalicəsi davam edir.

Aparılan araşdırmalar nəticəsində əldə edilən ilkin məlumata görə, hadisəyə həddindən artıq sıxlıq, səhv planlaşdırma, ərazidəki çıxışların qeyri-adekvat olması və əlverişsiz hava şəraiti təsir göstərib.