Hindistanın şimal-şərqinə təsir edən leysan yağışları səbəbindən bölgədə 300 mindən çox insan su altında qalan evlərini tərk edib. Yağışların səbəb olduğu daşqın və sürüşmələr nəticəsində iki həftə ərzində 16-dan çox insan həyatını itirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Səlahiyyətlilər yağışlardan ən çox zərər çəkən əyalətlərdən biri olan Assamda xilasetmə işlərinə başlayıb.
Çanqlanq rayonunda su basmış məktəbdən 70 şagird və müəllim xilas edilib. Sikkim, Manipur və Meqalaya ştatlarında çoxlu yol və körpülər zədələnib.
Rəsmi məlumatlara görə, may ayının sonundan bəri ölkənin şimal-şərqində yerləşən altı ştatda 80-dən çox adam ölüb.
Alimlər Banqladeşvə Hindistanın şimal-şərq bölgələrində son illərdə müşahidə edilən nizamsız və həddindən artıq yağışların iqlim dəyişikliyi ilə bağlı olduğu fikrini bölüşür.