Xəbərlər

Hindistanın Baş naziri Rusiyaya səfər edib

Hindistanın Baş naziri Narendra Modi iki günlük rəsmi səfər üçün Moskvaya yola düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Modi yola düşməzdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini bildirib və onu dost adlandırıb. Narendra Modi Hindistan-Rusiya sammitində iştirak edəcək.

O qeyd edib ki, Hindistan və Rusiya arasında xüsusi imtiyazlı strateji tərəfdaşlıq son 10 ildə, o cümlədən enerji, təhlükəsizlik, ticarət, investisiya, səhiyyə, təhsil, mədəniyyət və turizm sahələrində inkişaf edib.