Xəbərlər

Hindistanın müdafiə naziri ordunu ayıq-sayıq olmağa çağırıb

“Hindistan Silahlı Qüvvələri həm xarici, həm də daxili düşmənlərin davamlı fəaliyyəti səbəbindən ayıq-sayıq qalmalıdır”.

“Füuzat”ın məumatına görə, bunu ölkənin müdafiə naziri Racnat Sinq respublikanın mərkəzi hissəsində yerləşən Madhya Pradeş ştatında hərbçilər qarşısında çıxışı zamanı deyib.

Nazir Hindistanın “təhlükəsizlik baxımından o qədər də şanslı ölkə olmadığına” diqqət çəkib və əsgərləri “daxili və xarici düşmənləri diqqətlə izləməyə” çağırıb.

“Şimal və qərb sərhədlərimiz daim çətinliklərlə üzləşir, biz daxili cəbhədə də təhdidlərlə üzləşirik”, – nazir bildirib.