Xəbərlər

Hindistanın neft idxalında Rusiyanın payı 45%-ə çatıb

“İyun ayında Hindistana neft ixracının ümumi payında Rusiyadan neft tədarükünün payı 45%-ə çatıb. May ayında bu rəqəm 41% idi”.

“Füyuzat”ın məlumatına görə, bu barədə OPEC-in hesabatında bildirilib.

OPEC-in istinad etdiyi “Kpler” analitik agentliyinin məlumatına görə, İraq neft tədarükünün 17%-ni, Səudiyyə Ərəbistanı isə 9%-ni təmin edib. İyun ayında Hindistanın ümumi neft idxalı may ayı ilə müqayisədə 13% azalaraq sutkada 4,5 milyon barelə (b/d) düşüb.

Bundan əlavə, OPEC-in məlumatına görə, iyunda Rusiya Çinin ümumi neft idxalının 18%-ni təmin edib. May ayında bu göstərici 19% olub. Çinə nüft tədarükünün 15%-i Səudiyyə Ərəbistanı, 13%-i Malayziya, 11%-i İraqın payına düşüb. Ümumilikdə, iyunda Çinin neft idxalı 2% artaraq sutkada 11,3 milyon barel təşkil edib.