Xəbərlər

Hizbullah Beyrutda yüksək rütbəli komandirinin ölümünü təsdiqləyib

İsrail qüvvələrinin Beyrutun cənubuna endirdiyi zərbələr nəticəsində Hizbullahın raket qüvvələrinin komandanı İbrahim Məhəmməd Qubeysi öldürülüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hizbullah təşkilatı məlumat yayıb.

“Komandir İbrahim Məhəmməd Qubeysinin öldüyünü təəssüf hissi keçirərək bildiririk”, – məlumatda qeyd olunub.

Bundan əlavə, çərşənbə axşamı səhər saatlarında İsrail təyyarələrinin Beyrutun cənubundakı yaşayış binasını vurması nəticəsində 6 nəfər ölüb, 15 nəfər isə yaralanıb.