Xəbərlər

Hizbullah Həsən Nəsrullahın ölümünü təsdiqləyib

Hizbullah hərəkatı sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində təşkilatın lideri Həsən Nəsrullahın ölümünü rəsmən təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, hərəkatın “Telegram” kanalında dərc olunan bəyanatda deyilir:

“Hizbullahın baş katibi cənab Həsən Nəsrullah 30 ilə yaxındır rəhbərlik etdiyi böyük və ölməz şəhidlərə qoşulub”.

Təşkilat rəhbərləri əlavə edib ki, Hizbullah İsrailə qarşı mübarizəyə davam edəcək.