Hizbullahın silahlı bölmələri Qolan təpələrində İsrail qoşunlarının mövqelərinə silsilə raket hücumu həyata keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın “Telegram” kanalında bildirilib.
“İslam müqaviməti döyüşçüləri əməliyyat keçirdilər. Bu əməliyyat zamanı Ayyelete, Katsaviya, Nafah və Yardendə İsrail ordusunun dörd briqadasının Baş qərargahına müxtəlif növ 200-dən çox raket atıldı”, – məlumatda deyilir.
Bundan başqa, Qolan və Yuxarı Qalileydəki İsrail qoşunlarının mövqelərinə hücumda 20-dən çox dronun iştirak etdiyi, düşmən qüvvələrinin hərbi obyektlərinə hücum edildiyi əlavə edilib.