Xəbərlər

Hizbullah İsrailə hücum edib

İsrailin şimalı raket atəşinə məruz qalıb. Livanın Hizbullah hərəkatı çox sayda raketlə bu ölkəyə hücum etdiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə AFP məlumat yayıb.

İsrail ordusu da “Telegram” hesabında Livandan hücum edildiyi barədə məlumat yayıb.

Qeyd edilib ki, raketlərdən bəziləri havada zərərsizləşdirilib, qalanları isə açıq ərazilərə düşüb. Tələfat barədə məlumat verilməyib. İsrail ordusunun bildirdiyinə görə, raket hücumundan sonra onlar Hizbullahın mövqelərinə hücum ediblər.