Xəbərlər

Hizbullah İsrailin şimal bölgələrini hədəf alıb

Hizbullah təşkilatı İsrailin şimalını hədəf aldığını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilat özü açıqlama yayıb.

Açıqlamada İsrailin şimalındakı Kiryat Şmona bölgəsinin Katyuşa raketləri ilə hədəfə alındığı bildirilib.

Rəsmi NNA agentliyində yer alan xəbərdə İsrailin Livanın cənubundakı Nakura qəsəbəsi yaxınlığındakı ərazini artilleriya atəşi ilə hədəfə aldığı qeyd edilib: “İsrail mülki şəxslərə qarşı hücumlarına heç vaxt dözülməyəcəyi və eyni şəkildə cavab veriləcəyini bilməlidir”.

Qeyd edək ki, oktyabrın 8-dən İsrailin Livanın cənubuna hücumları nəticəsində 26 livanlı mülki şəxs həlak olub.