Xəbərlər

Hizbullah İsrailin şimalındakı hərbi mövqelərə hücum edib

Hizbullah döyüşçüləri pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə yuxarı Qaliley və Qolan yüksəkliklərindəki İsrail qoşunlarının mövqelərinə hücum ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” məlumat verib.

Məlumata görə, bir neçə pilotsuz vasitə İsrail ordusunun İlaniyadakı hərbi bazası istiqamətində, Tiberias gölünün qərb sahilində yerləşən Tiberias şəhəri yaxınlığında sərhədi keçib.

Həmçinin İsrailin havadan müdafiə bazalarının yerləşdiyi Qolan yüksəkliklərindəki Qaliya və Şaal əraziləri üzərində dronların səmaya daxil olduğu da qeyd edilib.

Kanalın məlumatına görə, Hizbullahın sözügedən əməliyyatı iyulun 3-də Sur yaxınlığında İsrail dronlarının hücumu zamanı Hizbullah ordusunun komandiri Məhəmməd Nasirin öldürülməsinə cavab olaraq həyata keçirilib.