Oktyabrın 13-də Hizbullah hərəkatının pilotsuz uçuş aparatlarının (PUA) İsrailin şimalında yerləşən Binyamina kəndi yaxınlığındakı hərbi bazanı vurması nəticəsində 4 İsrail əsgəri həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Bazar günü Hizbullah tərəfindən buraxılan PUA-lar Binyamina yaxınlığındakı hərbi bazaya zərbələr endirib. Hadisə nəticəsində 4 əsgər şəhid olub, daha 7 əsgər isə ağır yaralanıb”, – məlumatda bildirilib.