Naim Qasım Hizbullahın yeni baş katibi seçildikdən sonra ilk dəfə tərəfdarlarına etdiyi çıxışında İsrail üzərində qələbə vəd edib.
“Füyuzat”ın məlumatına görə, o həmçinin təşkilatın mərhum lideri Həsən Nəsrullahın kursunu davam etdirəcəyinə söz verib.
Hərəkat rəhbəri qeyd edib ki, Hizbullah Qəzza zolağında Fələstin müqavimətinə dəstəyini də dayandırmayacaq.